Hüquq və komplayens şöbəsinin müdiri (müvəqqəti)

Bakı

Daşkəsən Dəmir Filiz MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin Baş direktoruna imzalanmaq üçün təqdim edilmiş qərar, əmr, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını təmin etmək, həmin layihələrə münasibət bildirmək, razılaşdırma və ya viza vermək;
  • Cəmiyyətin struktur bölmələrinə Azərbaycan Respublikası qanunvericiliyinin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək;
  • Cəmiyyətin müxtəlif işlər üzrə Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində təmsil olunmasını təmin etmək;
  • Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Cəmiyyətin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
  • Baş direktor tərəfindən verilən qərar, əmr və digər aktların layihələrin hazırlanmasını təmin etmək və onlar barəsində rəylər vermək;
  • Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Cəmiyyət adından çıxış edərək onun daxil olduğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasında iştirak etmək, əqd layihələrinin hazırlanmasını təmin etmək, onları hüquqi ekspertizadan keçirərək rəylər vermək;
  • Cəmiyyətin aparatının struktur bölmələrində və qurumlarında qanunvericiliyə, Nizamnaməyə, əsasnamələrə və vəzifə təlimatlarına əməl olunmasına nəzarət etmək, yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını təmin etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Şöbəyə dair daxil olmuş sənədlərə, materiallara, layihələrə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını, araşdırılmasını, cavablandırılmasını, imzalanmasını və vaxtında göndərilməsini təmin etmək;
  • Tabeliyində olan şəxslər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını vaxtında və tam icra etmək;
  • Müqavilə müddəti: 22.12.2025-ci il tarixinədək;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) ;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73.

Xüsusi tələblər

  • Müvafiq sahədə 7 ildən az olmayan iş təcrübəsi;
  • Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri; rus dili biliyi arzuolunandır;
  •  Microsoft Office proqramları.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
Telegram kanalımız