Səhiyyə iqtisadiyyatı şöbəsinə baş məsləhətçi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;       
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;                                                                               
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili;
  • İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
  • Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
  • Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
  • Fəaliyyətin optimallaşdırılması üzrə dərin texniki-iqtisadi təhlillərin edilməsi və optimal fəaliyyət modelinin hazırlanması;
  • Strateji satınalma modellərinin hazırlanması;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.                                                                                                                                                                                   


İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (iqtisadiyyat sahələri üzrə);
  • Təcrübə: Iqtisadi, analitik, modelləşdirmə, tibbi istiqamətdə ən azı 4 illik iş təcrübəsi;
  • Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi, induktiv və analitik təhlil, ünsiyyət, təqdimat bacarıqları ;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız