Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə, vergi hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək.
Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
Rəsmi hesabatların ( Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
Mühasibatlıq əməkdaşları arasında vəzifə bölgüsünün aparılmasını təmin etmək;
Mənfəət hesabatının göndərilməsini həyata keçirmək;
Ölkədaxili və xarici köçürmələrin icrasını təmin etmək ;
Əmək haqqının hesablanması və ödənilməsini təmin etmək;
İş qrafiki: Tam iş günü - Həftə içi 5 gün , saat 09:00-18:00;
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir ;
Əmək haqqı: 2500 manat ( əmək haqqı artımı olacaqdır);
Ünvan - Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 22 L.
Xüsusi tələblər
Vakansiya üzrə iş təcrübəsi olmalı;
Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
PMS - mütləqdir;
(ACCA FA/FR) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
Stres altında işləmə bacarığı;
Komandada işləmə bacarığı;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək.