Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Yeməkxananın təmizliyinə və gigiyena vəziyyətinə nəzarət etmək.
İstifadə olunan qab-qaşıq və digər camaşırların təmizliyinin təmin edilməsini təmin etmək.
Yeməkxanaya gələn qonaqları qarşılayıb rahat yerləşdirilməsini və yemək xidmətinin göstərilməsini təşkil etmək.
Yeməkxana üçün lazım olan mal və materialların siyahısını hazırlamaq və onların alınmasını təmin etmək.
Yeməkxanada sıradan çıxmış hissələr, stol-stul və digər avadanlıqların çıxarılmasını həyata keçirmək.
Mal-materialların təhvil-təslim işlərini aparmaq və stok vəziyyəti barədə rəhbərliyə məlumat vermək.
Yeməkxanada baş verən hər hansı hadisə barədə bağlı olduğu rəhbərliyə vaxtında məlumat vermək.
Əməyin mühafizəsi, təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara tam əməl etmək.
İş zamanı özünün və digər işçilərin təhlükəsizliyini təmin etmək, həyati təhlükəli mənbələrdə şəxsi icazə olmadan iş görməmək.
Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalar və qaydalara uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.
Əməyin mühafizəsi qaydalarının pozulması, qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək.
Qida təhlükəsizliyi ilə bağlı iş prosesində və məhsul istehsalı zamanı yarana biləcək risklərə görə məsuliyyət daşımaq.
Ali təhsil (qida texnologiyası, xidmət sahəsi üstünlükdür).
Yeməkxana və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
Yüksək məsuliyyət və diqqətlilik.
Fiziki cəhətdən sağlam və iş şəraitinə uyğun.
Qeyri-iş saatlarında və təcili vəziyyətlərdə işləməyə hazır olmaq.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun