İnformasiya təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnformasiya təhlükəsizliyi siyasətlərinin tətbiqində dəstək göstərmək və aidiyyəti sənədlərin hazırlanmasına kömək etmək;
  • Təhlükəsizlik risklərinin və zəifliklərin ilkin analizində iştirak etmək, aparılan yoxlamalara texniki və inzibati dəstək vermək;
  • Təhlükəsizlik insidentləri barədə ilkin məlumatların toplanması, sənədləşdirilməsi və araşdırmalarda iştirak;
  • ISO 27001, NIST və digər standartlara uyğun fəaliyyətlərdə komandaya dəstək vermək və uyğunluq proseslərini müşahidə etmək;
  • Maarifləndirmə və daxili təlim proqramlarının təşkili və icrasında iştirak, təqdimatların hazırlanmasında dəstək;
  • Təhlükəsizlik alətləri (SIEM, DLP, AV və s.) üzrə ilkin monitorinq aparmaq və qeydləri analiz etməkdə iştirak;
  • Müxtəlif şöbələrlə koordinasiya edərək təhlükəsizlik qaydalarının icrasını izləmək və istifadəçilərə texniki dəstək göstərmək.


İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri və ya əlaqəli sahədə);
  • Təcrübə: İnformasiya təhlükəsizliyi sahəsində 1 il iş təcrübəsi;
  • Texniki biliklər:
  • ISO 27001 və NIST kimi əsas təhlükəsizlik standartları barədə ümumi anlayış;
  • SIEM, IDS/IPS, DLP kimi təhlükəsizlik alətləri ilə tanışlıq;               
  • Məlumatların qorunması və konfidensiallığın təmin olunması ilə bağlı əsas biliklər;                                                                     
  • Bulud platformaları (məsələn, Microsoft Azure, AWS) ilə ilkin tanışlıq;
  • Təhlükəsizlik üzrə arxitektura və mühəndislik konsepsiyaları barədə ümumi anlayı;
  • Təhlükələrin təhlili və ilkin forensika metodları haqqında məlumatlılıq.                                                                                          
  • Şəxsi bacarıqlar: Analitik təfəkkür, ünsiyyət, komandada işləmə, vaxtın və stresin idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız