Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə müşahidə prosesini həyata keçirmək;
Mövcud bazar qiymətləri əsasında elektrik materialları, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması;
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
Layihələrin təqvim üzrə planlamasını təmin etmək;
Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından elektrik işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
Tender təklifləri üçün təfərrüatlı elektrik işlərinin büdcə siyahısını hazırlamaq;
Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi;
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi;
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur;
İş vaxtı: I-VI günlər.
Xüsusi tələblər
Elektrik mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
Layihələrin Elektrik işləri ilə bağlı Xərclərin Smetasının hazırlanması üzrə minimum 3-4 illik təcrübə;
Elektrik işləri və metodologiya üzrə sahədə təcrübə mütləqdir;
İnfrastruktur layihələrində təcrübə üstünlükdür;
Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir;
Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər;
Güclü analitik və problem həll etmə bacarığı;
Yüksək səviyyədə ingilis dili biliyi vacibdir, rus dili biliyi üstünlükdür;
Problem həll etmə bacarığı və detallara diqqət tələb olunur.