Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
Nardaran qəsəbəsi, Sea Breeze;
Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur;
İş vaxtı: İş qrafiki: 6/1.
Xüsusi tələblər
Müvafiq sahədə ali təhsil;
Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;