Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
  • Layihəyə dair maraqlı tərəfləri ilə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi;
  • Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi, maraqlı tərəfləri ilə ilə razılaşdırılması;
  • Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
  • Funksional və qeyri-funksional tələblərin formalaşdırılması, onların prioritetləşdirilməsi və sənədləşdirilməsi;
  • İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması;
  • Səhifə eskizlərinin hazırlanması;
  • Cari və hədəf biznes proseslərin analizi və modelləşdirilməsi (as-is / to-be);
  • Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi (BPMN əsasında prosess diaqramlarının tərtibi, Use Case-lərin hazırlanması);
  • Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
  • Prototiplərin maraqlı tərəflərə təqdim olunması və rəylərin toplanması.
  • Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması;
  • Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması prosesində iştirak;
  • İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
  • Tələblər üzrə prioritetlərin müəyyən edilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və milestone-lərin müəyyən edilməsi;
  • Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
  • Təlimlərin verilməsi və təqdimatların hazırlanması;
  • İstifadəçi və inzibatçı təlimatı sənədlərinin hazırlanması.

Xüsusi tələblər

  • Ali təhsil (Biznes inzibatçılığı və ya İT sahəsində təhsilə üstünlük verilir);
  • Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
  • Operativ qərarvermə bacarığı və punktuallıq;
  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
  • BRD, SRS və analiz sənədlərinin hazırlanmasında bilik və təcrübə;
  • BPMN və UML diaqramları ilə iş təcrübəsi;
  • Eskiz (wireframe) tərtibatı alətləri ilə iş təcrübəsi;
  • Task management alətləri ilə iş təcrübəsi (Azure Boards, Jira və s.)
  • Azərbaycan dilinin normalarına uyğun rəsmi yazışmalar və sənədləşdirmə aparmaq bacarığı;
  • SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
  • MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür);
  • İlkin səviyyə API və SQL bilikləri;
  • Orta səviyyə UI/UX bilikləri;
  • Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki sənədlərin anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə) | Rus dili arzuolunandır;
  • Proqram təminatı layihələrində minimum 1 il İT biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
  • Proqram təminatının hazırlanması mərhələləri (SDLC) və onlara dair biliklər;
  • Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Balakən

  • 400 - 450 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız