Qeyri-Eksklüziv Satış Kanalı şöbəsinin satış koordinatoru

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

1. Kanal Strategiyasının Uyğunlaşdırılması və Tətbiqi

  • Qeyri-eksklüziv kanallar üzrə satış və inkişaf strategiyalarının hazırlanmasında iştirak
  • Hər kanal üçün fərdi fəaliyyət planlarının qurulması və hədəflərin təyini
  • Satış həcmləri, xidmət keyfiyyəti və müştəri məmnuniyyəti üzrə əsas KPI-ların izlənməsi

2. Tərəfdaşların İdarə Edilməsi və Əlaqələrin Qurulması

  • Qeyri-eksklüziv partnyorlarla müqavilə əsaslı əməkdaşlığın qurulması və möhkəmləndirilməsi
  • Yeni tərəfdaşların seçilməsi, dəyərləndirilməsi və onboarding prosesi
  • Tərəfdaşların fəaliyyətini izləmək, performans hesabatlarını təhlil etmək və inkişaf planları təklif etmək

3. Satış Əməliyyatlarının Koordinasiyası

  • ASM və Kanal üzrə məhsul axınının, stokların, sifarişlərin və kampaniyaların koordinasiyası
  • Satış prosesi boyunca müvafiq daxili şöbələrlə əməkdaşlıq (logistika, maliyyə, hüquq, texniki xidmət)
  • Qeyri-eksklüziv kanallarda müştəri xidmətinin standartlara uyğunluğunun təmin edilməsi
  • Qeyri-eksklüziv kanallarda brendin tanınması

4. Təlim, Maarifləndirmə və Motivasiya

  • Tərəfdaş satış heyəti üçün təlimlərin təşkili (məhsul, sistemlər, satış texnikaları)
  • Satış stimullaşdırma proqramları (bonus planları, yarışmalar və s.) dizayn və icrası
  • Kanal üzərində rəqabətqabiliyyətli motivasiya mexanizmlərinin qurulması

5. Performans Təhlili və Hesabatlılıq

  • Qeyri-eksklüziv kanallar üzrə satış göstəricilərinin təhlili və trendlərin müəyyən edilməsi
  • Satış planına uyğun aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
  • Rəqiblərlə müqayisəli analizlər və təkmilləşdirici təşəbbüslərin təklifi

6. Risklərin və Uyğunsuzluqların Qarşısının Alınması

  • Tərəfdaş tərəfindən edilə biləcək sui-istifadə və pozuntu halları üçün monitorinq sistemlərinin tətbiqi
  • Qanunvericiliyə, Etik və Komplayns və daxili siyasətlərə uyğunluğun təmin olunması
  • Audit və yoxlama proseslərində iştirak

7. İnnovasiya və Rəqəmsallaşma Təşəbbüsləri

  • Qeyri-eksklüziv kanalların rəqəmsal platformalarla inteqrasiyası (marketplace, online aktivasiya və s.)
  • Yeni satış alətlərinin (chatbot, API əsaslı inteqrasiyalar, sadələşdirilmiş sifariş platformaları) tətbiqi
  • Regional bazarlarda qeyri-ənənəvi satış modellərinin sınaqdan keçirilməsi

Xüsusi tələblər

  • Ali təhsil (Biznes, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr)
  • 2+ il satış, distribyutor və ya partnyor idarəçiliyi sahəsində təcrübə
  • CRM, ERP, satış təhlili və dashboardlarla işləmək bacarığı
  • Azərbaycan dilində yüksək səviyyədə danışıq və yazı; rus və ingilis dili üstünlükdür
  • Yaxşı təqdimat, yazılı hesabat və analitik düşüncə qabiliyyəti

        Şəxsi Keyfiyyətlər:

  • Təşəbbüskar və nəticəyə yönəlmiş
  • Tərəfdaşlarla etibarlı və uzunmüddətli münasibətlər qurmaq bacarığı
  • Müxtəlif satış mühitlərində çevik və adaptiv işləmə qabiliyyəti
  • Yüksək məsuliyyət hissi və sistemli yanaşma

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız