Müəssisə - Azərbaycan Sənaye Bank
- Aidiyyəti Əməliyyat strukturlarının müraciətlərinə əsasən bankın əlaqələr qurmağı planladığı banklar və təşkilatlarla bağlı risk əsaslı təhlillər aparmaq.
- Bankın illik kənar audit yoxlamaları üzrə məlumatların analiz edilməsi yönündə Baş Risk İnzibatçısının tapşırıqlarını yerinə yetirmək.
- Rüblük əsasda Bankın Risk Xəritəsini hazırlamaq, təhlilini aparmaq və rəhbərliyə təqdim etmək.
- Aylıq əsasda Bankın Likvidlik Riski təhlili hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək.
- Rüblük əsasda Makro İqtisadi göstəricilərin təhlilini apararaq prezentasiya hazırlamaq və rəhbərliyə təqdim etmək.
- "Banklarda korporativ idarəetmə Standartları”nın tələbləri çərçivəsində bank üzrə məlumatların açıqlanması ilə bağlı Kredit, Likvidlik, Valyuta və Faiz riskləri üzrə təhlillərin bankın aidiyyəti strukturuna təqdim edilməsini təmin etmək.
- Qanunvericiliyin tələblərinə əsasən Makro İqtisadi ssenarilərin təsirləri ilə bağlı stress testi hazırlayaraq nəticələrini Mərkəzi Banka təqdim etmək.
- Rəhbərliyin tapşırığı əsasında bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
- Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
- Risklərin tanınması və idarə edilməsi baxımından aidiyyəti biznes strukturlarının müraciətləri əsasında bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
- Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək.