Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sektoru

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Sistem, şəbəkə və son istifadəçi cihazlarının təhlükəsizliyi üzrə həllərin sazlanmasını təmin etmək;
• VPN, firewall, WAF və e-poçt təhlükəsizliyi sistemlərinin sazlanması və daimi monitorinqini həyata keçirmək;
• SIEM və SOAR platformalarının konfiqurasiyası, qayda (rule), siqnal (alert) və “playbook”-ların yazılması;
• İT infrastrukturunda təhlükəsizlik tədbirlərinin (hardening) həyata keçirilməsi – CIS, DISA STIG və digər sənaye bençmarklarına uyğun olaraq;
• WAF, EDR/XDR, DLP və digər aidiyyəti sistemlərinin tətbiqi, sazlanması və istismarına nəzarət;
• İnformasiya təhlükəsizliyi boşluqları skanerlərinin tətbiqi ilə boşluqların müəyyən edilməsi, nəticələrin CVSS (kritiklik) dərəcəsinə görə prioritetləşdirilməsi və aradan qaldırılmasının aidiyyəti şöbə ilə koordinasiyası;
• İnsidentlərin aşkarlanması, ilkin texniki təhlili və eskalasiya olunması üzrə tədbirlərin görülməsi;
• Kibertəhlükəsizlik həllərinin ehtiyat nüsxələrinin yaradılması və periyodik bərpa testlərinin keçirilməsi;
• Autentifikasiya həllərinin təhlükəsizlik konfiqurasiyasını təmin etmək;
• Cəmiyyətin İKT və rəqəmsal layihələrində kibertəhlükəsizlik tələblərinin formalaşdırılması və tətbiqinə dəstək vermək;
• İnsident və ya digər texniki nasazlıq səbəbindən kibertəhlükəsizlik həllərində dayanmalar, əlçatanlığın pozulması və ya digər neqativ hallar yaşanarsa ani müdaxilə etmək və həllərin işləkliyini təmin etmək;
• Kibertəhlükəsizlik həllərindən istifadəçilər üçün müvafiq təlimatların yazılması;

Xüsusi tələblər

• Azərbaycan dili (səlis), İngilis dili (orta,texniki) və Rus dili (arzu olunandır);
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi, dokumentasiyalar ilə işləmə və hazırlama bacarığı,araşdırma bacarığı;
• Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik (öz üzərində çalışma), Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə bacarığı, Planlama səriştəlikləri;
• Ali təhsil (komputer elmləri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və digər mühəndislik yaxud texniki yönümlü ixtisaslar üzrə)
• Kibertəhlükəsizlik mühəndisliyi (həlllərin quraşdırılması və sazlanması) istiqaməti üzrə beynəlxalq səviyyəli sertifikatlar arzu olunandır.(COMTIA CASP+, ISC2 SSCP və s.)
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

Oxşar vakansiyalar

 
  • Sumqayıt

  • 700 - 1000 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 700 - 700 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız