GRC unit Expert Engineer

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) və əlaqəli nəzarət mexanizmlərinin beynəlxalq standartlar və sənaye üzrə ən yaxşı təcrübələrə uyğun şəkildə qurulmasına, tətbiqinə və davamlı təkmilləşdirilməsinə dəstək vermək.
  • Təhlükəsizlik idarəetmə (governance) yanaşmalarının təşkilatın strategiyası, tənzimləyici tələblər və sənaye standartları ilə uyğunluğunu təmin etmək.
  • Təşkilatın daxili və xarici təhlükəsizlik auditlərinə, sertifikatlaşdırma proseslərinə və tənzimləyici yoxlamalara hazırlanmasını təmin etmək.
  • İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və standartlarını hazırlamaq, yeniləmək və onların tətbiqinə nəzarət etmək.
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərini təşkil etmək, LMS platformasını idarə etmək və təhlükəsizlik üzrə seminar və workshop-lar keçirmək.
  • Bütün departamentlər üzrə informasiya təhlükəsizliyi siyasət və prosedurlarının tətbiqini təşviq etmək məqsədilə maarifləndirmə sessiyalarına rəhbərlik etmək.
  • Tərəfdaşlar və vendorlar daxil olmaqla üçüncü tərəflərlə əməkdaşlıqda informasiya təhlükəsizliyi tələblərinə nəzarət etmək, onların təhlükəsizlik öhdəliklərini müəyyənləşdirmək, çatdırmaq və risklərin azaldılması üçün icrasını yoxlamaq.
  • Təhlükəsizlik və texnologiya üzrə risklərin idarə olunmasını dəstəkləmək məqsədilə riskləri proaktiv şəkildə müəyyənləşdirmək və toplayaraq vaxtında risklərin azaldılması və düzgün qərarvermə üçün məlumat təmin etmək.
  • İnformasiya təhlükəsizliyi ilə bağlı istifadəçi sorğularına operativ və effektiv şəkildə dəstək vermək, eyni zamanda təhlükəsizlik şüurunu və ən yaxşı təcrübələri təşviq etmək.
  • Departament fəaliyyətləri çərçivəsində digər tapşırıqların icrasına dəstək göstərmək.

Xüsusi tələblər

  • İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İnformasiya Sistemləri, Kibernetika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • İnformasiya təhlükəsizliyi, governance, risklərin idarə olunması və ya uyğunluq (compliance) sahəsində iş təcrübəsi.
  • Təhlükəsizlik idarəetmə çərçivələrinin hazırlanması və tətbiqi üzrə sübut olunmuş təcrübə (məsələn: ISO 27001, NIST CSF, COBIT).
  • Təhlükəsizlik siyasətlərinin hazırlanması, risk qiymətləndirmələri və audit proseslərinin idarə olunması üzrə praktiki təcrübə.
  • Tənzimləyici uyğunluq sahəsində təcrübə (məsələn: GDPR, PCI DSS və yerli məlumatların qorunması qanunvericiliyi).
  • GRC alətləri ilə işləmə təcrübəsi (Archer, ServiceNow GRC, OneTrust və ya oxşar platformalar).
  • IT, risk, hüquq, compliance və biznes komandaları ilə birgə işlənilən kross-funksional layihələrdə iştirak təcrübəsi.
  • Üçüncü tərəf/vendor risklərinin idarə olunması və müqavilələrdə təhlükəsizlik tələblərinin qiymətləndirilməsi sahəsində təcrübə.
  • İnformasiya təhlükəsizliyi idarəetmə proqramlarının dizaynı, tətbiqi və davamlı idarə olunması üzrə təcrübə.
  • Təhlükəsizlik idarəetməsini biznes məqsədləri ilə uyğunlaşdırmaq bacarığı.
  • İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və standartlarının hazırlanması, nəzərdən keçirilməsi və yenilənməsi.
  • Tənzimləyici, müqavilə və biznes tələblərinə uyğunluğun təmin edilməsi.
  • Daxili və xarici auditlərə hazırlıq, onların dəstəklənməsi və sorğuların cavablandırılması.
  • Rəhbərlik və idarə heyəti üçün icra səviyyəli dashboard və hesabatların hazırlanması.
  • IT infrastrukturu, şəbəkələr və bulud mühitləri (AWS, Azure, GCP) haqqında geniş anlayış.
  • Güclü kommunikasiya və interpersonal bacarıqlar; junior əməkdaşların təlimləndirilməsi və mentorluğu bacarığı.
  • Davamlı öyrənməyə və yeni təhlükəsizlik riskləri və texnologiyalarından xəbərdar olmağa proaktiv yanaşma.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 650 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız