Rəqəmsal Xidmətlər biznes istiqaməti çərçivəsində rəqəmsal məhsulların yaradılması, inkişafı və idarə olunmasında aparıcı rolun icrası.
Aşağıdakıları əhatə edən rəqəmsal məhsul portfelinə sahiblik və onun davamlı inkişafı:
TV və OTT məhsulları
Əsas biznesdən kənar rəqəmsal xidmətlər
Tərəfdaşlığa və ekosistem yanaşmasına əsaslanan məhsullar
Azercell mobil tətbiqinin yalnız tətbiqə məxsus loyallıq məhsulları, təkliflər və funksionallıqlarla zənginləşdirilməsi, məhsul yol xəritəsinin (roadmap) müəyyənləşdirilməsi və icrasına rəhbərlik.
Ümumi biznes məqsədləri, rəqəmsal strategiya və tərəfdaş tələbləri ilə uyğunlaşdırılmış aydın məhsul vizyonu və strategiyasının müəyyən edilməsi.
Konsepsiya və dizayndan başlayaraq inkişaf, buraxılış və buraxılışdan sonrakı optimallaşdırmaya qədər məhsullar üzrə “end-to-end” strategiyaların qurulması, idarə edilməsi və davamlı təkmilləşdirilməsi.
Daxili biznes bölmələri, texnologiya komandaları, marketinq, analitika, hüquq və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq modellərinin qurulması və strateji uyğunluğun, eləcə də səmərəli icranın təmin edilməsi.
Bazar analitikası, istifadəçi ehtiyacları və data analitikasının aydın məhsul tələblərinə, user story-lərə və prioritetləşdirmə meyarlarına çevrilməsi.
Backlog idarəçiliyi, yol xəritəsinin planlaşdırılması, buraxılışların planlanması və asılılıqların idarə edilməsi daxil olmaqla məhsul planlama fəaliyyətlərinə rəhbərlik.
Məhsul sahibi / məhsul rəhbəri kimi texnologiya və kommersiya bölmələri arasında əsas məhsul təmsilçisi rolunda çıxış edərək inkişaf komandaları ilə gündəlik sıx əməkdaşlıq.
İstifadəçi araşdırmaları, usability testləri və geri-bildirim mexanizmlərini məhsul inkişaf dövrünə inteqrasiya etməklə müştəriyönümlü dizayn və istifadə rahatlığının təmin edilməsi.
Buraxılışdan sonra məhsul üzrə KPI-ların və performans göstəricilərinin monitorinqi və təhlili, müntəzəm hesabatlılıq və maraqlı tərəflərlə şəffaf kommunikasiya.
Data əsaslı yanaşma və bazar müqayisələri əsasında məhsulun təkmilləşdirilməsi, monetizasiya və böyümə imkanlarının müəyyən edilməsi.
Tərəfdaşlıq layihələrinin dəstəklənməsi və idarə edilməsi, o cümlədən məhsul inteqrasiyası, yol xəritələrinin uyğunlaşdırılması, kommersiya modelləri və əməliyyat hazırlığı üzrə tərəfdaşlarla koordinasiya.
Yeni və mövcud rəqəmsal məhsullar üzrə biznes əsaslandırmalarının (business case), yüksək səviyyəli texniki-iqtisadi əsaslandırmaların və performans icmallarının hazırlanmasına töhfə.
Məhsulların daxili proseslərə, tənzimləyici tələblərə və keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi.
Xüsusi tələblər
Biznesin İdarə Edilməsi, İnformasiya Texnologiyaları, Mühəndislik, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
Rəqəmsal xidmətlər, OTT/media, telekommunikasiya və ya texnologiya yönümlü mühitlərdə məhsul idarəçiliyi, məhsul sahibliyi (product owner) və ya oxşar rollarda minimum 2 il iş təcrübəsi.
Konsepsiya və tələblərin müəyyənləşdirilməsindən başlayaraq məhsulun buraxılışı və buraxılışdan sonrakı optimallaşdırmaya qədər “end-to-end” rəqəmsal məhsulların idarə olunması üzrə praktiki təcrübə.
Texnologiya, marketinq, analitika, hüquq, maliyyə və xarici tərəfdaşlar daxil olmaqla çarpaz-funksional komandalarla iş təcrübəsi.
TV və OTT platformaları, mobil tətbiqlər, əlavə dəyərli xidmətlər və ya tərəfdaşlığa əsaslanan məhsullar daxil olmaqla rəqəmsal ekosistemlər üzrə güclü anlayış.
Biznes və istifadəçi ehtiyaclarını aydın məhsul tələblərinə, user story-lərə və prioritetləşdirilmiş backlog-lara çevirmək bacarığının sübut olunmuş olması.
Məhsul yol xəritəsinin (roadmap) hazırlanması, KPI-ların müəyyən edilməsi və performansın izlənməsi üzrə təcrübə.
Data əsaslı məhsul qərarları qəbul etmək bacarığı ilə güclü analitik düşüncə.
Scrum metodologiyaları ilə tanışlıq və inkişaf komandaları ilə sıx əməkdaşlıq təcrübəsi.
Xarici tərəfdaşlar və vendorlarla əməkdaşlıq, o cümlədən məhsul inteqrasiyası və yol xəritələrinin uyğunlaşdırılması üzrə təcrübə.
Əla kommunikasiya və stakeholder idarəetməsi bacarıqları.
Güclü sahiblik (ownership) düşüncə tərzi, proaktivlik və sürətli tempdə müstəqil işləmək bacarığı.
KPI-lar, dashboard-lar və performans göstəriciləri ilə işləməkdə rahatlıq və güclü analitik bacarıqlar.
Müştəriyönümlü düşüncə və istifadəçi əsaslı məhsul dizaynı üzrə təcrübə.
Strateji düşüncə ilə praktiki icranı balanslaşdırmaq bacarığı.