Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək, maliyyə direktoruna mütəmadi və dəqiq idarəetmə hesabatları təqdim etmək.
Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə təhlillər hazırlamaq və rəhbərliyə təqdim etmək.
Şirkətdə tətbiq olunan biznes proseslərinin və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək.
Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər əlaqəli proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyən etmək.
Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək.
Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək.
Vergi, mühasibatlıq və digər aidiyyəti funksiyalarla koordinasiyalı işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasını təmin etmək.
Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq.
Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
Xüsusi tələblər
Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
Qərarvermə və problemləri həll etmə bacarığı
Vaxtın və resursların effektiv idarə etmə bacarığı
Strateji düşünmə və planlaşdırma bacarığı
Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
MS Excel üzrə yaxşı səviyyə
Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları