Hüquq şöbəsinin müdiri

Bakı

Aqrar tədarük və təchizat

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili və hüquqi risklərin idarə olunması;
  • Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi müşayiətin təmin edilməsi;
  • Korporativ, satınalma, xidmət, əməkdaşlıq, məxfilik, tərəfdaşlıq və digər müqavilələrin, memorandumların, əmrlərin, qərar layihələrinin, daxili normativ və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib olunması, hüquqi təhlili, ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət edilməsi;
  • Müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi və risklərin minimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Normativ hüquqi aktların təhlili və tətbiqi ilə bağlı hüquqi araşdırmaların aparılması;
  • Hüquqi rəylərin və prosessual sənədlərin hazırlanması;
  • Dövlət qurumlarından, özəl şirkətlərdən daxil olan sorğuların və məktubların cavablandırılması;
  • Struktur bölmələrə hüquqi məsləhət və metodoloji dəstəyin göstərilməsi;
  • Hüquq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların fəaliyyətinə nəzarət və iş bölgüsünün təşkili;
  • Qanunvericilikdə edilən dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə tətbiqinin təmin edilməsi;
  • Daxili prosedur, əsasnamə və qaydaların hazırlanması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Korporativ idarəetmə prinsiplərinin tətbiqinə hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi hesabatların və rəhbərlik üçün analitik arayışların hazırlanması.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Xüsusi tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Hüquq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
  • Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
  • Korporativ hüquq, müqavilə hüququ və inzibati hüquq sahələri üzrə dərin biliklər;
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizasının aparılması üzrə praktiki təcrübə;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini yüksək səviyyədə bilməsi;
  • Yüksək idarəetmə, liderlik və komanda idarəetmə bacarığı;
  • Güclü hüquqi təhlil, araşdırma və analitik düşünmə qabiliyyəti; 
  • Operativ qərarvermə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik;
  • Stresə davamlılıq;
  • Komandada işləmək və effektiv koordinasiya bacarığı;
  • Ünsiyyət və təqdimat bacarığı.
  • Peşəkar yanaşma və nəticəyönümlülük;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız