Mühasib

Bakı

Melissa Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Malların maya dəyərinin hesablanmasının həyata keçirilməsi;
  • Kreditorlar və debitorlarla üzləşmə aktlarının yoxlanılması və yaranan problemlərin araşdırılması;
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi;
  • Əmək haqqı hesablamalarının və kadr üzrə mühasibat əməliyyatlarının icrasının təmin edilməsi;
  • Müqavilələrin, protokolların, təhvil- təslim aktlarının, hesab fakturaların və digər sənədlərin hazırlanması və Elektron Qaimə Fakturaların göndərilməsi;
  • Xidmət alışı sənədlərinin, bank çıxarışlarının  və  kassa məxaric tələb sənədlərinin yoxlanılıb 1C proqram təminatına daxil olunması;
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar, verilən hesabatların 1C proqram təminatına işlənilməsi;
  • Baş mühasib tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası;
  • Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunması.

Əlavə məlumat

  • Əməkhaqqı: 800 – 1000 AZN
  • İş rejimi: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət günləridir). 
  • İş saatları: 10:00-19:00
  • İş yeri: Melissa Groupa daxil olan şirkətlərdən biri

Xüsusi tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
  • Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız