Keyfiyyətə nəzarət üzrə mühəndis (tikinti üzrə)

Bakı

GM Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Sahə rəisləri/layihə rəhbərləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının)  gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək

Xüsusi tələblər

  • Cins: kişi;
  • Yaş həddi: 30-55;
  • Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi; 
  • Ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);
  • Məsuliyyətli;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xankəndi

  • Razılaşma yolu ilə

Telegram kanalımız