Metrologiya mühəndisi

Sumqayıt

STP MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisədə metroloji təminat sisteminin effektiv və normativ tələblərə uyğun şəkildə təşkilini və icrasını təmin etməli
  • Ölçmə vasitələri və sınaq avadanlıqlarının düzgün istismarına, texniki vəziyyətinə və saxlanmasına nəzarət etməli
  • Müəssisədə istifadə olunan ölçmə vasitələri və sınaq avadanlıqlarının reyestrini aparmalı və aktuallığını təmin etməli
  • Ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlama, kalibrasiya və attestasiya periodikliyini müəyyən etməli, illik və aylıq qrafiklər hazırlamalı
  • Kalibrasiya, verifikasiya və attestasiya işlərinin vaxtında təşkil edilməsini və icrasını təmin etməli
  • Kalibrasiya və yoxlama işlərindən sonra uyğun sertifikatların, protokolların və texniki sənədlərin qəbulunu və arxivləşdirilməsini təmin etməli
  • Yararsız və ya normativ tələblərə cavab verməyən ölçmə vasitələrinin istismardan çıxarılması üzrə tədbirlər görməli
  • Yeni alınacaq ölçmə vasitələri və sınaq avadanlıqlarının texniki tələblərini müəyyən etməli və seçim prosesində iştirak etməli
  • Ölçmə nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etmək məqsədilə texniki nəzarət həyata keçirməli
  • İstehsalatın metroloji təminatı üzrə yerli və beynəlxalq təcrübələri araşdırmalı və tətbiqi üzrə təkliflər verməli
  • İnteqrə edilmiş idarəetmə sistemlərinə (İMS) uyğun sənədləşmənin hazırlanmasını və tətbiqini təmin etməli
  • Metroloji avadanlıqların düzgün istifadəsi ilə bağlı işçi heyətinə metodiki dəstək və təlimlər verməli

Xüsusi tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsil (Metrologiya, Standartlaşdırma, Cihazqayırma, Mexanika, Elektronika və ya əlaqəli mühəndislik sahələri üzrə)
  • Metroloji təminat və ölçmə sistemləri sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanunvericilik və normativ sənədlər üzrə biliklər
  • Ölçmə vasitələri, nəzarət-ölçü cihazları və sınaq avadanlıqlarının iş prinsipləri üzrə biliklər
  • Kalibrasiya, verifikasiya, attestasiya və ölçmə metodikaları üzrə praktiki və nəzəri biliklər
  • ISO 9001, ISO/IEC 17025 və digər müvafiq beynəlxalq standartlar üzrə məlumatlı olmaq
  • Ölçmə qeyri-müəyyənliyi, dəqiqlik sinifləri və metroloji hesablama metodları üzrə biliklər
  • Sınaq avadanlıqlarının texniki göstəricilərini qiymətləndirmək və uyğunluğunu təhlil etmək bacarığı
  • Texniki sənədlərin hazırlanması, təhlili və arxivləşdirilməsi bacarığı
  • MS Office proqramlarını (Excel, Word, PowerPoint, Outlook) yüksək səviyyədə bilməli
  • ERP və ya texniki idarəetmə sistemləri ilə işləmək bacarığı üstünlükdür
  • İngilis dili biliyi üstünlük hesab olunur
  • Metroloji və keyfiyyət idarəetmə sahəsində sertifikatların olması üstünlükdür

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

SAP
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız