İnzibati İşlər üzrə Mütəxəssis

Sumqayıt, Xızı

AZROKSAN

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkət daxilində və xaricində sənəd və informasiya axınının effektiv, təhlükəsiz və vaxtında həyata keçirilməsi ilə bağlı fəaliyyətlərin icrasında menecerə dəstək vermək və gündəlik əməliyyatları icra etmək.
  • Nəqliyyat və sosial xidmətlər (servis, yemək, yaşayış, sosial obyektlər və s.) çərçivəsində göstərilən xidmətlərin planlaşdırılması və icrasında iştirak etmək, xidmətlərin düzgün icrasına nəzarət etmək.
  • Nəqliyyat və sosial xidmətlər üzrə xidmət satınalmaları ilə bağlı tender proseslərində texniki və inzibati dəstək göstərmək, müqavilə və texniki şərtlərə uyğunluğun izlənməsində iştirak etmək.
  • Protokol xidmətlərinin planlaşdırılması və icrasında iştirak etmək, təşkilati hazırlıq işlərini yerinə yetirmək və tətbiq prosesini izləmək.
  • Əlaqələndirmə ofisi, Tədqiqat Mərkəzi və oxşar obyektlərin inzibati fəaliyyətlərinin icrasında iştirak etmək və gündəlik əməliyyatları koordinasiya etmək.
  • Şirkət obyektlərindən kənarda keçirilən atış sınaqları və digər fəaliyyətlər üçün tələb olunan inzibati və logistik xidmətlərin (nəqliyyat, iaşə, yaşayış və s.) təşkilinə dəstək vermək.
  • Müqaviləli şirkətlər tərəfindən idarə olunan yeməkxana və hovuz kafeteriyalarında təmizlik, nizam-intizam və xidmət tələblərinə uyğunluğun yoxlanılmasında iştirak etmək, aşkar edilən uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq.
  • Əsas istehlak materiallarının, tanıtım məhsullarının (təqvim, gündəlik və s.), dəftərxana ləvazimatlarının, təmizlik və iaşə materiallarının ehtiyaclarının müəyyən edilməsində, sifariş və paylanma proseslərində iştirak etmək.
  • Gördüyü işlər barədə mütəmadi olaraq birbaşa rəhbərinə məlumat vermək, hesabat və sənədləşmə işlərini aparmaq.
  • Şirkətin daxili qaydalarına, prosedurlarına və inzibati proseslərinə riayət etmək, onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
  • Şirkətin nüfuzunun, imicinin və etibarlılığının qorunmasına töhfə vermək.

Xüsusi tələblər

  • Biznesin idarə edilməsi, Menecment və uyğun ixtisaslar üzə ali təhsil
  • İnzibati işlər və ya logistika sahəsində təcrübə üstünlükdür
  • MS Office proqramları üzrə biliklər
  • Təşkilatçılıq və koordinasiya bacarıqları
  • Ünsiyyət və komanda ilə işləmə qabiliyyəti
  • Məsuliyyətlilik və operativlik


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız