Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Baş mütəxəssisi

Bakı

Kapital Bank

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Strateji layihələrdə iştirak etmək, müvafiq maliyyə modellərinin hazırlanmasını, optimallaşdırılmasını və konsolidasiyasını həyata keçirmək;
  • IFRS standartları üzrə yaranan məsələlərin həllini təmin etmək, uçot siyasətlərinin hazırlanmasında iştirak etmək və metodoloji yanaşmaları tətbiq etmək;
  • Strateji maliyyə modellərinin hazırlanması, dövri yenilənməsi (aylıq, rüblük və yarımillik əsasda), eləcə də optimallaşdırılması və konsolidasiyasını icra etmək;
  • Rəhbərlik üçün dövri və ehtiyac əsasında (ad-hoc) hesabatlar, təqdimatlar və digər materiallar hazırlamaq;
  • Maliyyə təhlilləri aparmaq, o cümlədən maliyyə modelləşdirməsi, həssaslıq (sensitivity) və ssenari analizlərini həyata keçirmək;
  • Biznes planların, büdcələrin və uzunmüddətli maliyyə proqnozlarının (forecast) hazırlanmasında iştirak etmək;
  • Əsas maliyyə göstəricilərini təhlil etmək və nəticələri rəhbərliyə təqdim etmək;
  • Daxili və xarici auditorlarla əməkdaşlıq çərçivəsində yaranan məsələləri koordinasiya etmək və proseslərin icrasına nəzarət etmək;
  • Müəyyən edilmiş istiqamətlər üzrə dövri araşdırmalar aparmaq və nəticələri xülasə şəklində təqdim etmək;
  • Müxtəlif bank komitələri və müzakirə platformaları üçün təqdimatlar, analitik fayllar və qısa hesabat şərhləri hazırlamaq.

Xüsusi tələblər

  • Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi
  • Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür)
  • IFRS standartları üzrə yaxşı səviyyədə bilik
  • Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma bacarıqları
  • Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində güclü nəzəri və praktiki biliklər
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı
  • Excel və maliyyə modelləşdirmə alətləri üzrə yüksək səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür)
  • SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi
  • Cari bank qaydaları, normativ dəyişikliklər və sahəyə dair təkliflərlə bağlı məlumatlılıq
  • Bazar trendləri və iqtisadi prinsiplər haqqında güclü anlayış
  • Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar
  • Dinamik və sürətli iş mühitində işləmə bacarığı
  • Güclü problem həll etmə və tənqidi düşünmə bacarığı
  • Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı
  • Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti

Müraciət üçün (CV): https://careers.bir.az/vacancies/7483

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xankəndi

  • 1500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız