Cəmiyyətdaxili siyasət, qayda, prosedur və təlimatlara uyğunluğu qiymətləndirmək üçün keçirilən monitorinqlərdə iştirak etmək.
Biznes proseslər və funksiyalar üzrə toplanmış məlumatların ilkin strukturlaşdırılmasını və təhlilini həyata keçirmək.
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və dövri olaraq yenilənməsi məqsədilə məlumat bazasının idarə edilməsinə dəstək göstərmək.
Daxili və xidməti araşdırmaların aparılması üçün zəruri olan sənədlərin toplanmasını və ilkin baxışını təmin etmək.
Araşdırma, təhlil və monitorinq nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və tövsiyələrin icra vəziyyətini izləmək (follow-up).
Cəmiyyətdə korrupsiya və korporativ saxtakarlığa qarşı yönəlmiş mexanizmlərin, habelə konfidensial məlumat ötürmə kanallarının texniki işləkliyinin qorunmasına dəstək vermək.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Dalğa plaza
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
Xüsusi tələblər
Ali təhsil (Hüquq, maliyyə, audit, biznesin idarəedilməsi ixtisasları üzrə);
Minimum 2 il iş təcrübəsi (daxili nəzarət,audit,risklərin idarəedilməsi istiqamətləri üzrə);
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri (rus dili biliyinin olması arzuolunandır);
Microsoft Office proqram təminatından yüksək səviyyədə istifadə bacarığı;