İnsan resursları üzrə Mütəxəssis

Bakı

Beynəlxalq Maliyyə və Mühasibat Mərkəzi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşə qəbul prosesi: Vakansiyaların elan edilməsi, namizədlərin axtarışı (sourcing) və müsahibələrin təşkili;
  • Kadr kargüzarlığı: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət və digər əmrlərin hazırlanması, ƏMAS (e-sosial.gov.az) portalına daxil edilməsi;
  • Adaptasiya (Onboarding): Yeni işə başlayan əməkdaşların şirkətə və komandaya uyğunlaşması prosesinin idarə edilməsi;
  • Şəxsi işlər: İşçilərin şəxsi işlərinin formalaşdırılması, əmək kitabçalarının yazılması və qeydiyyatı;
  • Davamiyyət və hesabatlılıq: İş vaxtının uçotu tabelinin tərtib edilməsi və aylıq İR hesabatlarının hazırlanması;
  • Korporativ mədəniyyət: Şirkətdaxili tədbirlərin təşkilində və daxili kommunikasiyanın gücləndirilməsində aktiv iştirak.

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi sahələri arzuolunandır);
  • Təcrübə: İR sahəsində minimum 2 il iş təcrübəsi (Kadr kargüzarlığı və İşə qəbul təcrübəsi mütləqdir);
  • Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsini bilmək;
  • Sistem bilikləri: MS Office (xüsusilə Excel) proqramları və ƏMAS portalı ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və ya İngilis dili bilikləri üstünlükdür;
  • Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və təqdimat bacarığı, konfidensiallığı qoruma qabiliyyəti, komandada işləmək istedadı və problem həlletmə bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

SAP
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız