Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin etmək;
İş yerlərində təhlükəli və zərərli amilləri aşkar etmək;
Struktur bölmələrində, xəstəxanada ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması tədbirlərin görülməsində iştirak etmək;
Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və nöqsanlar barəsində dərhal məlumat vermək;
Müəssisənin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
Yanğın təhlükəsizliyinə aid sənədlərin, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmasına dəstək olmaq, yanğın təhlükəsizliyi (YT) qeydiyyat jurnalında qeydiyyat aparmaq;
İş şəraiti:
İş qrafiki – həftədə 5 iş günü
İş saatları – 09:00-18:00
Əmək haqqı – 1500-2000 Azn
Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
Azərbaycan Respublikası Əmək Qanunvericiliyə uyğun rəsmiləşmə
Xüsusi tələblər
Ali təhsil;
Yaş həddi – 30-45
MS Office proqramları üzrə yüksək bacarıqlar;
Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
Müvafiq vəzifədə minimum 1-3 il iş təcrübəsi olanlara üstünlük verilir;
FHN, Texniki Təhlükəsizlik və Əməyin mühafizəsi qaydaları üzrə sertifikatların olması;
Azərbaycan dili əla, Rus və ingilis dilləri (üstünlükdür).