Şöbə müdir müavini / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dövlət Satınalmalarının icrası və nəzərəti;
  • Cəmiyyətin büdcəsində nəzərdə tutulmuş xərc maddələri üzrə şöbə tərəfindən həyata keçirilən qiymətləndirmə proseslərində iştirak etmək;
  • Şöbənin fəaliyyət planlarının və dövri hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin satınalma planına uyğun olaraq satınalma prosedurlarının qanunvericiliyin tələblərinə uyğun təşkilində iştirak etmək;
  • Satınalma prosedurları nəticəsində bağlanmış müqavilələr üzrə mal, iş və xidmətlərin təhvil-təslim proseslərinin aidiyyəti sifarişçi strukturlar tərəfindən icrasına nəzarət etmək;
  • Fəaliyyət istiqamətləri üzrə rəhbərlik tərəfindən keçirilən iclas, görüş və digər tədbirlərdə iştirak etmək;
  • Beynəlxalq daşımaların və anbar təsərrüfatının səmərəli idarə olunmasına nəzarət etmək;
  • Satınalma planına uyğun olaraq anbar qalıqlarının effektiv idarə olunmasını təmin etmək;
  • İcraya daxil olmuş sifarişlərin müvafiq satınalma prosedurlarına uyğun bölgüsü və qruplaşdırılmasını təşkil etmək və nəzarətdə saxlamaq.

Xüsusi tələblər

  • Dil biliyi: Azərbaycan dili (əla); Rus dili (arzuolunan); İngilis dili (yaxşı)
  • Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarını və normativ hüquqi sənədlərini;
  • Dövlət satınalmaları sahəsində səlahiyyətli icra hakimiyyəti orqanlarının qərar, göstəriş və təlimatlarını;
  • Satınalma, logistika və anbar idarəçiliyi üzrə metodiki və normativ materialları;
  • Müəssisənin fəaliyyət istiqamətlərini, əməyin təşkili və idarəetmə prinsiplərini;
  • Vəzifə səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə üzrə menecment sisteminin (ISO 37001:2016) tələblərini;
  • Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə.
  • Müvafiq sahədə Ali təhsil (texniki , iqtisadi, idarəetmə və s);
  • İdarəetmə təcrübəsi 3-5 il;
  • Müvafiq sahə üzrə təcrübə müddəti 4-5 il;

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız