Avadanlıqların, maşınların və qurğuların texniki vəziyyətinə, texniki xidmət qaydalarına uyğun təyin olunmuş vaxtlarda baxışlar keçirmək;
Baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin keçirilməsi, planlı təmir işlərini vaxtında həyata keçirmək və sənədləşdirmək;
Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
İstehsalat prosesində istifadə olunan texniki sənədləri və avadanlıq pasportlarını oxumaq və tətbiq etmək;
Enerji daşıyıcılarının (hidravlik, pnevmatik, elektrik) normal fəaliyyətini nəzarətdə saxlamaq;
İstehsalat zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək;
İstehsalat rəhbərinə görülən işlər barədə hesabat təqdim etmək.
Quru qarışıqlar istehsalı texnologiyasını və avadanlığını bilməli;
Təhkim olunmuş avadanlığa TX göstərilməsinin həyata keçirilməsi texnologiyasını bilməli;
Avadanlıqların quraşdırılması və sökülməsi üzrə işlərin aparılması texnologiyasını bilməli;
Detalların, mexanizmlərin köhnəlməsinin müəyyənləşdirilməsi və ona nəzarət üsullarını bilməli;
Təzyiq altında işləyən qabların, tutumların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;
Yükqaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;
Təhlükə potensiallı istehsalat qurğularında və obyektlərində odla bağlı işlərin aparılması qaydalarını bilməli;
Elektrik qurğularının texniki istismarı qaydalarını və elektrik qurğularının (III qrupdan az olmayan həcmdə) istismarı zamanı əməyin mühafizəsi üzrə sahələrarası qaydaları;
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə aid normativ-hüquqi sənədləri, iş təlimatlarını və avadanlığın istismarına dair sənədləri bilməli;
Sanitariya norma və qaydalarının onun öz vəzifə öhdəliklərinin icrasına aid hissəsini bilməli;
Öz vəzifələrinin icrasına aid hissədə Şirkət üzrə verilən əmr və sərəncamları, yuxarı orqanların qərar və sərəncamlarını, metodiki, normativ və digər rəhbər tutulan sənədləri bilməli;
Şirkətin daxili əmək intizamı qaydalarına riayət etməli;
Ona təhkim olunmuş avadanlığa TX göstərilməsi üzrə istənilən işləri yerinə yetirməyi bacarmalıdır;
Qənaət və itkilərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi;
Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının, avadanlığın istismarına dair sənədlərin və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
Avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
Sanitariya norma və qaydalarının yerinə yetirilməsi;
Şirkətin avadanlığının, cihazlarının, alətlərinin, bina və tikililərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət;
Daxili əmək intizamı qaydalarına riayət etmək;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Xüsusi tələblər
Texniki peşə təhsili və ya müvafiq ixtisas (mexanika üzrə);