Geotexnik mühəndisi / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Kəlbəcər

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
  • Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək
  • Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq
  • Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək
  • Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək
  • Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək
  • Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq
  • Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək
  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək

Xüsusi tələblər

  • Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
  • Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
  • Tələb olunan təhsil və iş təcrübəsi:
  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız