Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis

Bakı

Orzax Azərbaycan

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Şirkət: Orzax / BioHerbalBaku MMC / İş yeri: Bakı /
İş rejimi: Tam ştat  I-V gün
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.

  • Yeni məhsulların ruhsatlandırılması və qeydiyyatı proseslərinin idarə edilməsi
  • AQTA, AEM və digər qurumlarla yazışmaların və müraciətlərin həyata keçirilməsi
  • Dossier, etiket və digər texniki sənədlərin hazırlanması və nəzarəti
  • Məhsul adlarının, əmtəə nişanlarının və digər patentləşdirmə proseslərinin koordinasiyası
  • Patent və qeydiyyat proseslərinin izlənilməsi və hesabatlandırılması
  • Xarici istehsalçılarla sənəd mübadiləsinin təşkili

Xüsusi tələblər

  • Yaş: 25–40 yaş
  • Ali təhsil (Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qida mühəndisliyi və ya əlaqəli sahələr)
  • Ruhsatlandırma, registrasiya və ya patentləşdirmə sahəsində minimum 2 il iş təcrübəsi
  • AQTA, AEM və digər aidiyyəti dövlət qurumları ilə iş təcrübəsi
  • Texniki sənədlərin hazırlanması və idarə olunması bacarığı
  • Azərbaycan dili sərbəst, ingilis dili üstünlükdür
  • MS Office proqramlarında işləmə bacarığı
  • Əmək haqqı 800–1200 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun)

Uyğun namizədlərin [email protected] mail ünvanına Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis başlığı adı altında  CV göndərmələri xahiş olunur

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız