Maliyyə əməliyyatlarının mühasibat uçotuna alınması və sənədləşdirilməsi;
Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Mühasibat balansı və digər maliyyə hesabatlarının hazırlanması;
Vergi və maliyyə qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi;
Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət edilməsi;
Tibb müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarətin edilməsi;
Mühasibatlıqla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə qeydlər:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Xüsusi tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə)
Sahə üzrə 1 il iş təcrübəsi
Kompyuter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)