Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması
Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq
Cəmiyyətin dövri büdcə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasında iştirak
Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Xüsusi tələblər
Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili isə arzuolunandır;
Microsoft Office proqramlarında və Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) üzrə biliklər.
ACCA (F2-F5; F3-F7) sertifikatları;
Analitik təhlil, problem həlletmə və komanda ilə işləmək bacarığı, idarəetmə, əməkdaşlıq, təşəbbüskarlıq.
Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 , idarəetmə təcrübəsi 3 il;
Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.