Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə texniki nəzarət işlərini təşkil və idarə etmək;
İstismar proseslərinin təsdiq edilmiş layihələrə, texniki norma və qaydalara uyğun aparılmasına nəzarət etmək;
Karxanalarda, hasilat və istehsalat sahələrində texniki yoxlamaların, monitorinq və nəzarət tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
Faydalı qazıntı ehtiyatlarının səmərəli və təyinatı üzrə istifadəsinə nəzarət etmək;
İstehsalat sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərin icrasına nəzarət etmək;
Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla qarşılıqlı əməkdaşlığı təmin etmək;
Müasir texnologiyaların və nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
Yataqların işlənməsi, hasilat və istehsalat proseslərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki norma və standartlara, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun aparılmasına nəzarəti təmin etmək.
Xüsusi tələblər
Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;
MS Office (Outlook, Word, Excel), AutoCAD və Autodesk Civil 3D proqramlarında işləmə bacarığı;
Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə.