Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisə tərəfindən Xankəndi filialında həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.   
  • Əmək haqqı və əmək haqqı ilə bağlı bütün hesablaşmaları aparır və ödənişləri edir.
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
  • Dövlət orqanlarına bütün maliyyə-mühasibat hesabatlarını təqdim edir.
  • İdarə heyətinə şirkətin maliyyə fəaliyyəti ilə bağlı tələb olunan məlumatları və hesabatları təqdim edir.
  • İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri Səməd Vurğun küçəsi 151. Xankəndi Kampusuna ayda 1 dəfə ezam olunacaq.

Xüsusi tələblər

  • Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. 
  • Xankəndi şəhərinə ayda bir dəfə ezamiyyətə getmək imkanı
  • Mühasib və ya oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilini sərbəst, rus və ya ingilis dillərindən birini bilmək üstünlükdür.. 
  • Mühasibat uçotu, vergi, əmək və maliyyə qanunvericiliyi üzrə dərin biliklər. 
  • Əmək haqqının hesablanması, vergi və sosial ödənişlərin aparılması sahəsində təcrübə. 
  • Maliyyə və mühasibat hesabatlarının hazırlanması və dövlət qurumlarına təqdim edilməsi üzrə təcrübə. 
  • Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması və daxili nəzarət proseslərini təşkil etmək bacarığı. 
  • 1C, ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı. 
  • Microsoft Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək. 
  • Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı. 

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • 1000 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN