Rabitə və ANM qurğularına müəyyən olunmuş texnoloji proses qrafiki üzrə mütəmadi texniki xidmət göstərmək;
Telefon, dispetçer, radio və digər xüsusi rabitə avadanlıqlarının fasiləsiz işləməsinə nəzarət etmək;
Qurğuların işində baş verən pozuntuların səbəbini araşdırıb tapmaq, nasazlıqları operativ aradan qaldırmaq və normal iş rejimini bərpa etmək;
Rabitə və ANM qurğularının quraşdırılması, montajı, yoxlanması, tənzimlənməsi, təmiri və yeni texnikanın tətbiqi işlərində iştirak etmək;
Rabitə xətlərində gərginlik, müqavimət və izolyasiya göstəricilərini müvafiq ölçü cihazları ilə ölçmək və nəticələrin normalara uyğunluğunu yoxlamaq;
Sahənin elektrik mexanikinin, böyük elektrik mexanikinin və yuxarı rəhbərliyin göstərişlərini yerinə yetirmək, aşkar olunan nöqsanları aradan qaldırmaq;
Cihazların və xətlərin vəziyyəti, eləcə də baş vermiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək və texniki jurnallarda müvafiq qeydlər aparmaq;
Əmək və texnoloji intizama, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Xüsusi tələblər
Rabitə, telekommunikasiya, radiotexnika, elektrotexnika və ya digər müvafiq texniki sahələr üzrə orta ixtisas və ya peşə təhsili (ali təhsil üstünlükdür);
Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili olduqda iş stajı tələb olunmur, müvafiq təhsil olmadıqda isə istehsalatda 6 aydan az olmayaraq iş stajı tələb olunur;
Rabitə və ANM avadanlıqlarının quruluşunu, iş prinsipini, qidalanma sxemlərini, montaj və prinsipial sxemlərini oxumaq bacarığı;
Müvafiq əl alətləri və ölçü cihazlarından (voltmetr, ampermetr, meqometr və s.) istifadə etmək qaydaları üzrə biliklər;
Texniki sənədləşmə və jurnalların aparılması qaydaları ilə tanışlıq;
Komandada işləmək bacarığı, öyrənməyə həvəs, operativlik və yüksək məsuliyyət hissi;
Növbəli iş qrafikində (o cümlədən gecə növbələrində tunel şəraitində) işləmək qabiliyyəti və fiziki dözümlülük;
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).