İlkin mühasibat sənədlərinin (qaimə, akt, hesab-faktura və s.) düzgün tərtib edilməsini və uçota alınmasını təmin etmək;
Xammalın, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulların uçotunu aparmaq;
İstehsal prosesləri üzrə xərclərin uçotunu aparmaq və baş mühasibə təqdim etmək;
Kassa və bank əməliyyatları üzrə sənədlərin hazırlanmasında iştirak etmək;
Satış, geri qaytarma, itkilər və tullantılar üzrə mühasibat uçotunu aparmaq;
Əmək haqqı, əlavə iş saatları və növbəli iş rejimi üzrə hesablamalarda iştirak etmək;
Vergi, maliyyə və statistik hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq;
İnventarizasiya proseslərində iştirak etmək və nəticələri uçotda əks etdirmək;
Mühasibat sənədlərinin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
Baş mühasibin tapşırıqlarını vaxtında və düzgün icra etmək;
·Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi, hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək.
Əməkhaqqı: 1000 – 1500 AZN
İş rejimi: 6 günlük iş qrafikinə uyğun tənzimlənir (Bazar günü istirahət günüdür).
İş saatları: 09:00-18:00
İş yeri: Masallı rayonu (rayon və ətraf rayonlarda yaşayanlara üstünlük veriləcək)
Xüsusi tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;
MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;
İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür.