
Mən, Zeynalov Rasim Əsəd oğlu, 1964 cü il təvəllüdlü, ilk ali təhsilimi 1985 ci ildə indiki Gəncə Dövlət Universitetinin (KDPİ) tarix fakültəsində almışam. İxtisasım üzrə 1985-1989-cu illərdə, təyinatla İmişli rayonunda, orta məktəbdə tarix müəllimi və dərs hissə müdiri olaraq fəaliyyət göstərmişəm. 1989-cu ildən Azərbaycan SSR Sosial Təminat Nazirliyi sisteminə, Yevlax r-n sosial təminat şöbəsində sosial xidmət bölməsinin müdiri, 1992-94 cü illərdə Yevlax r-n İcraHakimiyyəti Başçısı Aparatında humanitar məsələlər üzrə məsləhətçi vəzifələrində işləmişəm.
1999 cu ildə Yevlax şəhər bələdiyyəsinə üzv və sədr müavini seçilmişəm və 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və Bələdiyyə İdarəçiliyi ixtisası üzrə bitirmişəm. 2001 -2005 ci illərdə Avropa Şurası YRHKonqresində Azərbaycan nümayəndə heyətinin daimi üzvü olaraq fəaliyyət göstərmişəm. 2006 cı ildən hal hazıradək Aran Humanitar Regional İnkişaf İB-də müxtəlif layihələrdə mütəxəssis, layihə rəhbəri, koordinatoru işləmişəm və hazırda Aran HRİİB İdarə Heyətinin üzvüyəm.
Hal hazırda EL Tv (www.eltv.az)də redaktor və teleaparıcı ( https://www.youtube.com/watch?v=oud0pRM8MN4 ) vəzifəsində çalışıram. Sevimli məşğuliyyətlərim, mütaliə, publisistika, jurnalist araşdırması, rəssamlıq və şahmatdır.
Hal hazırda EL Tv (www.eltv.az)də redaktor və teleaparıcı ( https://www.youtube.com/watch?v=oud0pRM8MN4 ) vəzifəsində çalışıram.