
2020 - ci il Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsinin Psixologiya ixtisası üzrə bakalavr təhsilimi başa vurmuşam. 2022 -ci il Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsinin Uşaq və yaş psixologiyası ixtisaslaşması üzrə magistratura təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. 19.06.2022 - ci il tarixində Dövlət orqanlarına Dövlət Qulluğuna qəbul üçün B inzibati vəzifələr üzrə keçirilən imtahanda 81 (BB1) bal toplamışam. 28.12.2022- ci il "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aparat, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, Dəftərxana və arxiv sektoru, məsləhətçi"vəzifəsi üzrə keçirilən müsahibədə 16 bal toplayaraq vəzifəyə uyğun hesab edilmişəm. Ehtiyyat kadrlar siyahısına daxil olmuşam. Sizdən xahiş edirəm mənim işlə təmin olunmağım üçün köməklik göstərəsiniz. İşə çox ehtiyacım var. Mən Qarabağ müharibəsi zamanı Qazi olmuş, Ələkbərov Cahid Vəliş oğlunun qızıyam.Atam qazi olmasına baxmayaraq bizi maddi cəhətdən təmin edə bilmək üçün Şuşada işləyir.Mənimdə istəyim ailəmə atama müalicəsində dəstək ola bilməkdi.