
Gündəlik görülən işlərin uçotunun aparılması, İşə qəbul etmə və işdən azad etmə sənədlərinin hazırlanması və İR-a göndərilməsi. Anbara mədaxil olan və anbardan məxaric olan məhsulların qeydiyyatının aparılması, Əməyin təhlükəsizliyi barədə məlumatlandırma və təhlükəsizlik sənədlərinə bütün çalışanların imza atmasına nəzarət etmək, işçilərin gündəlik davamiyyətinə nəzarət etmək.
Sahə rəisinin təlimatlarını və verdiyi tapşırıqları yerinə yetirmək, iş bölgüsü aparmaq, işçilərin verilən tapşırıqları göstərilən vaxt çərçivəsində tamamlamasına nəzarət etmək. Qazıntı və dolğu işlərinin görülməsinə nəzarət etmək. Hər günün sonunda görülən işlərlə bağlı hesabat hazırlamaq və sahə rəisinə məlumat vermək.