Seymour Asadzadeh

Gəncə

HelpDesk mütəxəssisi, təşkilatçılıq, koordinasiya, çap və reklam materiallarının dizaynı

Mənim haqqımda

Boş vaxtlarımda intellektual oyunlar oynayıram, qısa sənədli filmlərə baxıram. Gəzməyi və alış-veriş etməyi çox sevirəm.

Yenilikçi, tez ünsiyyət quran, zarafatcıl, səmimi biriyəm. Komanda ilə işləmə bacarığım mükəmməldir. Əla motivatoram. Mühitə tez uyğunlaşıram. Bilmədiyim şeylərii öyrənməyə çalışıram, qavrama qabiliyyətim əladır. Azərbaycan dilində əla danışa və yaza bilirəm. Kifayət qədər türk serialı izləsəm və türk dilini elmi və bədii ədəbiyyat tərcümə edəcək qədər əla bilsəm də gündəlik danışıqda "abi", "zaten", "kapasite", "uğraşmak" və s. kimi sözlərdən istifadə etməyən həmçinin, applikasiya (tətbiq), instinkt (xislət), takılmak (irişmək), yargı (mühakimə), içermek (ehtiva etmək), kontent (məzmun) sözlərinin dilimizdəki qarşılığını bilən tək-tük gənclərdənəm. Ki, bütün bunların da danışığıma xüsusi füsunkarlıq qatdığını düşünürəm. Sürətli düşünə və qərar qəbul edə bilirəm. Əsəb verəcək qədər səbirliyəm.

Fikrimcə ən mənfi cəhətim həddən artıq ciddiyyətlə yanaşılan və "bircə səhv etmə" deyilən mövzularda edilən səhvləri də normal və heç nə olmamış kimi qəbul edib düzəltməyimdir. Bu həm də ən müsbət cəhətlərimdən biridir.

Bakalavriat təsilimdə (Gəncə Dövlət Universiteti/Kopüter elmləri) diplom işimi, magistraturada da (Azərbaycan Dövlət Aqrar Universiteti/İdartəetmədə İnformasiya Sisteləri) dissertasiya işimi özüm hazırlamışam və uğurla müdafiə etmişəm. Belə tələbələr demək olar ki, qalmayıb. 

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Rus — A2 — Elementar
Türk — C2 — Səlis

Təhsil

İş təcrübəsi

  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu 07.2022 - hələdə işləyirəm

    Beynəlxalq Əlaqələr və İKT şöbəsinin aparıcı mütəxəssisi

    Kompüterlərin sazlığına nəzarət, yaranan texniki problemlərin aradan qaldırılması, proqram təminatının müəssisədəki kompüterlərə yüklənməsi, internet trafikinə nəzarət, ofis avadanlıqlarının işləməsinə nəzarət; - Konfrans, seminar, təlim və digər elmi-praktiki tədbirlərin təşkili zamanı çap materiallarının, təqdimatların hazırlanması, texniki qurğulara (proyektor, səs sistemləri) nəzarət, onlayn qoşulmaların təmin edilməsi və onlara nəzarət (Zoom, TeamLink, Google Meet), sözügedən tədbirlər zam

  • Evdə 05.2016 - 04.2018

    Repetitorluq

    İnformatika fənnindən magistraturaya hazırlıq. Tələbələrimin hamısı imtahanda informatika fənnində 15-dən yuxarı düzgün cavab veriblər.

Biliklərim

Kompüter arxitekturası

90%

Windows 7/10/11 ƏS

90%

MS Office

90%

Remote Control proqramları

90%

Kompüter şəbəkələri

75%

Ofis və səs avadanlıqları

80%

Digər zəruri proqramlar

90%

Canva

100%
Telegram kanalımız