
Bakı
Maliyyə/ Marketing / Menecment / Satış sahələri üzrə bütün təkliflər dəyərləndirilir.Salam dəyərli oxuyucu ! Seçəcəyiniz namizəd qismində sizi öz xarakterim və bilgilərim toplusu ilə bilgiləndirmək istəyirəm zəhmət olmazsa diqqətlə oxuyub təhlil edəsiniz.
1.Hədsiz dərəcədə işə qarşı diqqətciləm.
2.Yalan və məhsuliyyətsiz davranışları qəti şəkildə özümdən uzaq tuturam.
3.Hədəfli və inadcıl prinsiplər prizmasından işə yanaşır və tam zamanında işi icra etmək əsas prioritetimdir.
4.Xarici təhsilliyəm o cümlədən oxuduğum 4 il ərzində hədsiz dərəcədə fərqlənmə,təbriknamə,döş nişanı və digər həvəsləndirici təltiflər ilə hədsiz dərəcədə təltif olunmuşam. Yekunda təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm.
5.Rus və ingilis dillərindən təhsil aldığım Poltava şəhərində (Ukrayna) kurslara getmişəm və sertifikatlar əldə etmişəm.
6.Təcrübə toplamaq məqsədilə 1 ay Poltava şəhərində yerləşən ''Privat Bank'' təşkilatında təcrübə proqramına qoşulmuşam və yüksək nəticə ilə sertifikasiyadan keçmişəm.
7.2018-ildən bəri Lerik rayon İcra Hakimiyyəti Başçısının Tikəband kənd Ərazi İcra Nümayəndəliyinin Baş məsləhətçisi-baş mühasibi vəzifəsində çalışıram. Artıq 3 cü dərəcəli Dövlət Qulluqçusuyam.
8.Məqsədim daha yüksək və daha dinamik nəticələr əldə etməkdir və mən bunun üçün maksimum dərəcədə çalışır o cümlədən öz idealarımı reallaşdıramağa doğru irəliləyirəm.
Diqqətiniz üçün təşəkkür edirəm !
Fərqlənmə diplomlu avropa təhsilli.
Ali məktəbdə təşkil olunan bütün tədbirlərdə yüksək iştirak və yüksək bilik bacarıqlarım əsasında universitetin rektoru tərəfindən təltif olunmuşam.
Rus və ingilis dillərindən müəyyən bilik səviyyəsinə yiyələnmək məqsədilə Studio Cambridge dil kursunda oxumuşam və uğurla bitirmişəm.