
Ali təhsilimin fərqli istiqamətdə olmasına baxmayaraq informasiya texnologiyalarına və rəqəmsal innovasiyalara olan həvəsim və diqqətim bu istiqamətdə özümü inkişaf etdirmək üçün əvəzolunmaz motivasiyaya çevrilib. Artıq 2 ildən çoxdur ki, informasiya texnologiyaları istiqamətində, xüsusilə də "Front-end developer" spesifikasiyası üzrə əldə etdiyim bilik və bacarıqlar, həmçinin fərdi olaraq üzərində çalışdığım layihələr uğurlu mütəxəssisə çevrilmək üçün təkan rolunu oynayıb. Hal-hazırda isə özümü daha da inkişaf etdirmək, bu istiqamətdə mümkün olduğu qədər yüksəlmək üçün nəzəri və praktiki dəstək alətlərindən intensiv istifadə etməyə çalışıram.