
Yeni çağırışların öhdəsindən gəlmək arzusu ilə yüksək motivasiyalı işçi. Güclü dəyərli etika, uyğunlaşma qabiliyyəti və müstəsna şəxsiyyətlərarası bacarıqlar, nəzarətsiz effektiv işləməyi bacaran və yeni bacarıqları tez mənimsəyən ,fəal və punktual bir şəxsiyyətəm. Boş vaxtlarımda xarici hüquq ədəbiyyatı oxumağı sevirəm. Dil öyrənməyi sevirəm. İntellektual yarışlara daimi olaraq qatılıram bir sıra yarışlarda qalib gəlmişəm.
İşə məsuliyyətlə yanaşıram, müəyyən olunmuş iş saatında işdə oluram,verilən işi vaxtından daha tez hazır etmək əsas prinsipimdir.
• 15 iyul-15 avqust 2022-ci il tarxilərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən "vəkil olmaq istəyirəm" adlı yay məktəbini müvəffəqiyyətlə başa vurduğum üçün fərqlənmə sertifikatı ilə təltif olunmuşam.
• ELSA Azərbaycan və Avropa İttifaqının Gənc Avropa Səfirləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə 19 fevral 2022-ci il tarixində həyata keçirilən "Avropa İttifaqı Hüququ" mövzusunda silsilə təlimləri müvəffəqiyyətlə başa vurduğum üçün təltif olunmuşam.
• 27 iyul 2022-ci il tarixində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Gənc Avropa Səfirləri ilə birgə təşkil etdiyi, 115 komandanın qatıldığı Avropa Bilik Yarışmasında uğurla iştirak edərək 5-ci yerə layiq görülmüşük.
• Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən "Şuşa ili"nə həsr olunmuş "Dəmir Yumruq" adlı Nə? Harada? Nə zaman? yarışmasında Hüquq fakültəsini təmsil edərək 1-ci yerlə mükafatlandırılmışam.
• 09.09.2022-09.10.2022-ci il müddəti ərzində "Universal" vəkil bürosunda təcrübə proqramını uğurla başa vurduğum üçün sertifikatla təltif olunmuşam.