
Bakı
Daxili Nəzarət, Keyfiyyətə nəzarət, Audit, Stoka nəzarət, İnventarizasiya, Prosesə Nəzarət, Yoxlama qrumu,Mən Azərbaycan Dövlət İqtisad Universitetində “İstehlak mallarının ekspertizası və
marketinqi” ixtisası üzrə bakalavr dərəcəsi almışam. Universitet illərində özümü
inkişaf etdirmək üçün müxtəlif şirkətlərdə çalışmışam. Supermarket, anbar və
istehsal sahələrində 5 ilə yaxın iş təcrübəm var. Karyerama 2018-ci ildə
Veysəloğlu Qrup şirkətində başladım. Belə ki, Veseloğlu qrup şirkətinin nəzdində
fəaliyyət göstərən Oba Market MMC, Araz Supermarket MMC, AVT Logistics və
Xonça fabriki kimi şirkətlərdə sayma prosesini bilavasitə həyata keçirmişəm.
İnventarizasiya sahəsində iki ilə yaxın işlədiyim müddətdə bu sahədə inkişaf etdim
və İnventarizasiya qrupunun qrup rəhbəri vəzifəsinə yüksəldim. İki ilə yaxın
işlədiyim bu vəzifə mənə idarəetmə, təşkilatçılıq, ünsiyyət, analitik bacarıqlar kimi
bir çox bacarıqlar qazandırdı. 2021-ci ilin dekabr ayından Azərbaycanın aparıcı
istehsal şirkətlərindən biri olan Avrora MMC-də Daxili Nəzarət Mütəxəssisi kimi işə
başladım. Burada istehsal prosesi, tədarük zənciri, anbar kimi sahələrdə
yoxlamalar apararaq risklərin aşkarlanması, araşdırılması və qarşısının alınması
bacarıqlarını yiyələndim. Bütün iş təcrübələrim mənə idarəetmə, tədqiqat, yüksək
ünsiyyət bacarıqları, risklərin aşkarlanması və qarşısının alınması, kritik nəzarət
nöqtələrinin müəyyən edilməsi kimi bacarıqlarla tanış olmağa kömək etdi. Mən çox
inanıram ki, mənim fərdlərlə ünsiyyət bacarıqlarım, o cümlədən ağır iş və yüksək
uyğunlaşma bacarığım effektiv komanda işinə kömək edə bilər. Detallara diqqət,
vaxtın idarə edilməsi, punktuallıq və etibarlı olmaq bacarığım mənim güclü
tərəflərimdir. Məqsədim durmadan inkişaf etməkdir.
-Komanda ilə işləmə və idarəetmə; -Birbaşa rəhbərin tapşırıqlarını lazımi diqqətlə və vaxtında yerinə yetirmək və sorğu əsasında hesabatlar təqdim etmək; -Məlumatların analiz olunması; -Aşkarlanmış problemlərin həll edilməsi və həlli istiqamətində tövsiyələr vermək; -Aparılmış yoxlamaların nəticələrini sənədləşdirilməsi; -Plan üzrə və plandan kənar yoxlamaların həyata keçirilməsi;
-Risk analizi; -Risklərin və problemlərin aşkarlanması, kök səbəblərinin araşdırılması və qarşısının alınması; -İstehsal sahələri və anbarlar üzrə yoxlamaların həyata keçirilməsi; -Araşdırma; -Kritik yoxlama nötqələrinin təyin edilməsi; Sənədlərin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsinə nəzarət; -Proseslərə nəzarət; -Verilmiş tapşırıqlar üzrə vaxtında və düzgün hesabatların hazırlanması; -Hesabatvermə.