
Şəki
Qrafik dizayner6 illik qrafik dizayn təcrübəm ilə mən hər zaman müxtəlif brendlər üçün
innovativ vizual həllər yaratmaqdan həzz almışam.
Uğurlu marketinq strategiyaları və mükafat qazanan
kampaniyalar hazırlamaqda göstərdiyim diqqətcillik ilə məqsədim
hər yeni layihədə özümü üstələməkdir. Daim iştirak etdiyim layihələrlə
büdcə tələbləri daxilində geniş şəkildə məşğul oluram və
təcrübəmə uyğun olaraq ilk baxışdan işin tələblərini asanlıqla təhlil edə bilirəm.
2014-cü ildən etibarən Şəki şəhərində yerləşən Fərhad
studiyasında qrafik dizayner olaraq çalışmışam. 2016-cı ildə
həqiqi hərbi xidmətə çağırıldım və 2018-ci ildə
təxris olduqdan sonra işimə davam etdim. Studiya poliqrafiya
sahəsində və promo məhsulların hazırlanması üzrə geniş
xidmət göstərirdi. Müştərilərin və sifarişlərin qəbulu, dizaynı,
çap, kəsim və hazırlanma mərhələsi və lazım gəldikdə
aparatlara texniki qulluğun göstərilməsi işlərinin hamısı ilə
şəxsən özüm məşğul olmuşam. Burada bir çox kateqoriya
üzrə dizayn işləri görmüş, boş vaxtlarımda yeni birşeylər
öyrənmək üçün həvəs etmiş və illər ərzində işimdə
peşəkarlaşmışam.
25.07.1996-cı ildə Şəki şəhərinə dünyaya gəlmişəm. 11 illik
tam orta məktəbdə 10 il təhsil aldıqdan sonra təhsilimi
kollecdə davam etdirməyi qərara alaraq dövlət imtahanı
ilə Şəki Dövlət Texniki Kollecinin “Yol hərəkətinin təşkili
və təhlükəsizliyi” ixtisasına qəbul olmuşam.
Dizayn proqramlarına həvəs göstərmiş və gerçək bacarığımı
kəşf edərək öz üzərimdə heç bir müəllimin köməyi olmadan
işləyərək professionallaşmışam. 2014-cü ildə Fərhad
studiyasında çalışmağa başlamışam. 2020-ci ildə ailə həyatı
qurmuşam. 2 ilə yaxındır xarici müştərilərə freelancer olaraq
xidmət göstərirəm.İşimlə bağlı yeniliklər axtarmağı,
yeni birşeylər öyrənməyi və təcrübə qazanmağı sevirəm.
Uğurlu bir kariyeranın əsas şərtinin durmadan
öz üzərində işləmək, bacarıqlarını inkişaf etdirmək
olduğunu düşünürəm.