
Salam. Mən Nurlan Talıblı. 2016-cı ildə mən UI/UX Dizayner olmağa qərar verdim. 2016-2018-ci illər arasında təlim keçərək özümü bu sahədə təkmilləşdirməyə başladım və özümü bu sahədə bir çox layihələri inkişaf etdirməyə və idarə etməyə həsr etdim. 2017-ci ildə Türkiyənin Freelancer saytında Bionluk.com-da Junior UI dizayneri olaraq 2 proqram tərtibatçısı dostumla bir komanda quraraq işə başladım. İştirak etdiyim layihələrin əksəriyyətini CV-də link olaraq qeyd etmişəm, onlara baxa bilərsiniz. Bu müddət ərzində bir çox layihələrdə iştirak edərək lahiyələrin həm Uİ həmdə UX dizaynlarını hazırladım və Middle UI dizayneri vəzifəsinə yüksəldim. Mən hələ də freelancer kimi fəaliyyətimi davam etdirirəm və bir çox qlobal layihələrdə iştirak etmişəm.
Bunlardan başqa 2019-cu ildə Türkiyədəki Markada Agentliyində UI/UX dizayneri kimi işə başladım. Bu agentlikdə işlədiyim müddətdə UX tərəfimi daha da inkişaf etdirdim və müştərilərlə əlaqələr qurdum. 2021-ci ildə ölkəmə, Azərbaycana qayıtdığım üçün işimi tərk etdim. Daha sonra, 2021-ci ildən başlayaraq, mən Estoniyanın ``Məlumat İnfrastrukturu və Analitika Tədqiqat şirkəti Bilpp OÜ``-də remote olarak UI/UX dizayneri kimi tam zamanlı işlədim. Bu şirkətlə işlədiyim müddətdə bir çox qlobal layihələrin UI/UX dizaynını hazırlamışam və layihələrə rəhbərlik etmişəm. Üzərində işlədiyim layihələr mənim CV-də yer alıb.
Üstəlik
2019-cu ildə Almaniyanın Brings Systems GmbH vebsaytları və Brings System, My Marketplace və s. Mobil proqramlar və saytlar hazırlamışam.
2020-ci ildə Türkiyənin Esfa Group-un ``Singularity Software Technologies`` şirkəti üçün “Anytime” mobil tətbiqini və “Commersee” Admin panelinin həm UI, həm də UX tərəflərini və şirkət daxilində istifadə olunacaq mobil tətbiqi inkişaf etdirdim və dizayn etdim.
2023-cü ildə ``Azərbaycan Enerji Məsələlərini Tənzimləmə`` Qurumunun təsisatında istifadə olunmaq üçün Vebsaytın İdarəetmə panelini tərtib etdim.
Bütün bu layihələr mənim CV-də var.
Həmçinin 2019-cu ildə Türkiyənin Sakarya Universitetinin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinə qəbul olundum, lakin ölkəmə qayıtdığım üçün oranı tərk etdim. Mən türkcə və azərbaycanca ana dilim kimi danışıram. İngilis dili səviyyəm orta səviyyədədir, lakin onu təkmilləşdirirəm.
Türkiyənin freelancer platformasında ən yaxşı və ən çok xidmət verən profilə sahibəm. Bionluk.com-da freelancer işləyənlərin toplusudur.
Bu agentlikdə işlədiyim müddətdə UX tərəfimi daha da inkişaf etdirdim və müştərilərlə əlaqələr qurdum. Markada firmasında 3 ay stajyer, 2 il işçi kimi işləmişəm.
2021-ci ildən mən Estoniyanın məlumat infrastrukturu və analitika tədqiqat şirkəti Bilpp-də tam zamanlı uzaqdan UI/UX dizayneri kimi çalışmışam. Bu şirkətlə işlədiyim müddətdə bir çox qlobal layihələrin UI/UX dizaynını etdim və layihələrə rəhbərlik etdim.