
Bakı
Digər mütəxəssisProblemi həlletmə bacarığı (emosional sabitlik, məntiq təfəkkür), müstəqil öyrənmə kimi xüsusiyyətləri özümdə əks etdirirəm. Kollektivlə ünsiyyət, əməkdaşlıq bacarıqları, rəqəmsal informasiya savadlılığı, şəxsi və sosial məsuliyyət keyfiyyətlərim var. Ən əsası universal elektronika ixtisası üzrə qazandığım təcrübələr əsasında real proyektlərlə işləmə bacarığını göstərirəm.
Sahib olduğum biliklər :
• Elektrik avadanlığının iş prinsipini bilmək, dövrəyə təhlükəsiz qoşub-açmağı və istismar qaydalarını bilmək
• Elektrotexnikanın əsaslarını bilmək
• Elektrik dövrələri qurmaq və sınaqdan çıxarmaq
• Qüsurları müəyyən edib aradan qaldırmaq
• Elektrik avadanlığının təmirinə aid biliklər və s.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində istehsalat təlimi ustası/müəllim vəzifəsində işləyərkən Elektrik və elektronika, Analoq və rəqəmsal elektronika, PCB dizaynı, elektron dövrə nəzəriyyəsi, elektromaqnetizm, rəqəmsal dövrə təhlili, Mikron nəzarətçinin əsaslarını, xətti IC, Sənaye Elektronikası, tədris etmişəm.
Burada elektronika ilə bağlı biliklərimi praktiki və nəzəri əsaslarla dərinləşdirdim. Sənaye və müəssisə avadanlıqlarının diaqnostikası, təmiri və texniki xidməti üzrə bilikləri mənimsəmişəm.