
Bakı
Nəzarətçiİnsanlara qarşı hörmət və nəzakətli davranışım sayəsində hər kəslə çətinlik duymadan ünsiyyət qura bilirəm. Sıx iş qrafiki zamanı belə sakit və məntiqli düşünmə qabiliyyətimi itirmirəm, qarşıma qoyduğum işi sona qədər yerinə yetirirəm. Dəqiqlik, gülərüzlük, dürüstlük, səliqəli görünüş mənim üçün əsas meyarlardan sayılır.
Yuxarıda sadaladığım özəlliklərə əsaslanaraq şirkətinizə əlavə gəlir gətirəcəyimə əminəm.
Bacarıqlarımı sizə iş praktikasında sübut etməyə şad olaram.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsini bitirməklə maliyyə sistemini dərindən mənimsəmiş və nəzəri biliklərini əldə etmişəm. Əldə etdiyim bilikləri iş praktikasında daha da gücləndirib, maliyyə sahəsində yeni məlumatlar qazanmışam.
Gündəlik anbar materiallarının say uçotunun aparılması, qaimə-fakturalarla şöbələrə göndəriləcək malların çeşidlənməsi və düzgün yerlərə yığılması.
Mağazaya daxil olan müştərilərlə etik normalar çərçivəsində davranmaq, gülərüz münasibət göstərmək. Mağazanın daxili təhlükəsizliyini təmin etmək və nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək. İşçi personal iş yerini tərk etdikdən sonra bütün elektrik avadanlıqlarını (kondisaner, qızdırıcı qurğular, uzadıcılar) elektrik şəbəkəsindən ayırmaq, yanğın və daxili təhlükəsizlik qaydalarına riayət etmək.
Ofisdaxili kargüzarlıq, müqavilə və sənədlərlə işləmək. Məktublaşma və yazışmaların aparılması, sifarişlərin qəbulu.
Mağaza fəaliyyəti. Toy, nişan, xına, ad günü aksesuarlarının, şirniyyat məhsullarının satışı. Həm yerində, həm onlayn qaydada sosial media hesabları (Facebook, İnstagram, Whatsapp) ilə reklam və satışın təşkili.
Klinikaya daxil olan pasiyentləri və qonaqları etik davranış qaydaları çərçivəsində qarşılamaq, gülərüz münasibət göstərmək, düzgün istiqamətləndirmək. Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək. Daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək. Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək. Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə mütəmadi məruzə etmək.
Hər növ avto xidmət göstərən servisin daxili nizam-intizam və nəzarətinin təşkili. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icarədarlarla müqavilələrin bağlanması, fəaliyyətinə xitam verən icarədarlarla təhvil - təslim işlərinin aparılması, yeni icarədarlarla əlaqələrin qurulması və servisdə fəaliyyətə başlaması üçün bütün prosedur qaydaları həyata keçirmək. Müqavilələr hazırlamaq, servisin daxili qayda və qanunlarını izah etmək.
Buraxılış nəzarət sisteminin həyata keçirilməsi. Ofisin daxili təhlükəsizliyini təmin etmək və nəzarət altında saxlamaq, 24 saat ərzində kamera vasitəsilə bütün şirkətin nəzarətini təmin etmək. İşçi personal iş yerini tərk etdikdən sonra bütün elektrik avadanlıqlarını (kondisaner, qızdırıcı qurğular, uzadıcılar) elektrik şəbəkəsindən ayırmaq, yanğın və daxili təhlükəsizlik qaydalarına riayət etmək. Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək. Daxili nizam-intizam və etik davranı
İş öhdəliyi: Buraxılış nəzarət sisteminin həyata keçirilməsi. Obyektin təhlükəsizliyini təmin etmək və nəzarət altında saxlamaq.Növbə ərzində obyektin ərazisini periodik olaraq gəzmək,kamera vasitəsilə bütün şirkətin nəzarətini təmin etmək. Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək. İşdən ayrılma səbəbi :Müqavilə müddətinin başa çatması.
İş öhdəliyi: Buraxılış nəzarət sisteminin həyata keçirilməsi. Obyektin təhlükəsizliyini təmin etmək və nəzarət altında saxlamaq.Növbə ərzində obyektin ərazisini periodik olaraq gəzmək,kamera vasitəsilə bütün şirkətin nəzarətini təmin etmək. Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək.