
Salam. Mən Elvin Qarayev. Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Coğrafiya ixtisasında təhsil alıram.Artıq 1 ildir ki Sosial Media Marketinq sahəsində təcrübə toplayıram. İnstagram target və Meta Business Suit də reklam yaratma biliklərinə sahibəm. Kontent Marketinq, Nerömarketinq, Rəng Marketinqi, Marketinq Strategiyası haqqında Gənclər evində seminar təlimlərim olub. Bundan başqa, Adobe Photoshop, Canva, Microsoft Office proqramları, Süni intelekt proqramları ilə müəyyən işləmə bacarığına sahibəm. Sizə müraciət etməkdə məqsədim, marketinq sahəsinə praktiki təcrübələrimi daha da artırmaq, kollektivlə işləmə bacarığına sahib olmaqdır.
Hobbilərim: Psixoloji kitablar oxumaq və dizayn işləri görmək.
Marketinqdən əlavə satış təlimi üzrə sertifikatım var.
Digitaldot.az SMM+satış sertifikatı Binəqədi rayon Gənclər Evi könüllü təlimçi (+sertifikat) Binəqədi rayon Gənclər Evində "Kahoot" intelektual bilik yarışmasında 1ci yer. (Diplom)