
Bakı
DizaynerMətin Yaqubəli.
1997 ci ildə Bakı şəhərində anadan olmuşam
Azərbaycan Memarlıq və İnşaat universitetinin Dizayn ixtisasını bitirmişəm
Tələbəlik illərimdə freelance qrafik dizayn, maket, layihə və vitrin dekorasiyası və rəsm işləri ilə məşğul olmuşam
Peşəkar iş fəaliyyətinə Alliance Holding şirkətinin nəznində qrafik dizayner olaraq başlamışam. Şirkətin vitrin və saytı üçün dizayn həlləri və satış məqsədi ilə sifarişlərin tamamlanmasını reallaşdırmışam
Daha sonra isə Rövşən Oğuz Qrup şirkətində Mühəndis-Dizayner vəzifəsində çalışmışam. Gəncə İdman sarayı, Gəncə Dövlət Dram Teatrının dizayn həlləri, açılış üçün foto və video materilalların çəkilməsi, emalı ilə məşğul olmuşam. Eyni anda Tərtərdə rayonunda yerləşən Şəhid ailələrinə tikilən evlərdən bir neçəsinin layihələndirməsini icra etmişəm.
Layihələrin yekunlaşması ilə Polşa respublikasına tikinti şirkətlərində çalışmaq və təcrübə qazanmaq üçün yollanmışam. Əvvəlcə Kameleon Qrup şirkətində formen, briqadir olaraq çalışmışam. Poznan şəhərində Visla çayı üzərindəki körpülərdən birinin əsaslı təmiri, yolun asvalt örtüyünün yenilənməsi, metal-konstruksiyanının qumlanması və yenidən rənglənməsi proseslərinə nəzarət etmişəm. 25 nəfərlik komandanın idarə olunması, iş bölgüsü və materialların düzgün istifadəsinə nəzarət və eyni zamanda anbardar işlərini layiqiylə yerinə yetirmişəm. Özüyeriyən səbət və qaldırıcı mexanizmi idarəetməni öyrənmişəm və sürücülük vəsiqəsini qazanmışam. Layihə sonunda şirkətdən ayrılmışam.
Elektromontaj sahəsində gələn təklifi dəyərləndirərək Varşava şəhərinə köçmüş və burda Uniteam- İnplug şirkətində çalışmağa başlamışam.
Anbar və böyük həcmli saxlancların elektrik kabelləri və işıqlandırma avadanlıqlarının quraşdırılması və layihə üzrə işlərin zamanında təhvilini icra edərək bir çox şəhərlərdə bənzər tikinti obyektlərinə ezam olunmaqla çalışmışam.
Satış yönümlü və ictimai işlərə marağım artdığına görə Krakov şəhərinin mərkəzində 24 saat fəaliyyət göstərən restoranlar şəbəkəsi olan Kebab King (Merin) şirkətində çalışmağa başlamışam. Satıcı-Kassir olaraq qüsursuz fəaliyyət göstərmişəm. Göstərilən etimadı doğruldaraq şəbəkənin digər restoranına müavin olaraq getmişəm. Gündəlik 500+ müştərinin sifarişini qəbul etmək və stoklara nəzarət, lazımlı məhsulların davamlı sifarişini yerinə yetirmişəm.
Ailəvi səbəblərdən yenidən doğma vətənə qayıtmışam. Hal hazırda əvvəl işlədiyim sahələrdə mütəxəssis olaraq və yaxud da satınalmalar üzrə işlərdə təcrübəçi olaraq işləmək istərdim
Web səhifələrin hazırlanması Logo və brendinq Vektor formatda bannerlərin hazırlanması Şirkətin daxili qrafik işlərinin həlli Front End developerlərlə birlikdə layihənin inkişafı və istiqamətləri üzrə davamlı birgə iş Layihənin icrasının başdan sona nəzarəti və rəhbərliklə komanda arasında əlaqələrin qurulması
Gəncə İdman sarayı və Gəncə Dövlət Dram Teatrı layihələrində mühəndis-dizayner fəaliyyəti Eskiz üzrə layihələndirmə Gəncə İdman Sarayının layihəsində texniki və vizual dəyişikliklər Açılış və təqdimat prosesinin konseptinin hazırlanması Təqdimata aid olan müvafiq işlərlə məsul şəxslərin koordinasiyasının təşkili AutoCad və Adobe İllustrator proqramlarının köməyi ilə layinənin vizual eskizlərinin hazırlanması İnşaat obyektinin foto və video materiallarının toplanması və təqdimat ü
Polşa Respublikası, Poznan şəhəri, Ląd rayonunda Warta çayının üzərindəki körpünün təmir-bərpası 25 nəfərlik komandanın işinin təşkili Layihə eskizləri üzrə işin aparılması Betonlama üçün hazırlıq işlərinin təşkili Körpünün metal-konstruksiyasının müvafiq tikinti qaydalarına əsasən yenidən rənglənməsi üçün, qumlama, yonma və təmir bərpa işlərinin təşkili Həftəlik və aylıq görülməli olan işlərin siyahısının tərtibi və rəhbərliklə danışıqların aparılması. İş bölgüsünün təşkili Tik
Polşa Respublikası Varşava şəhəri Teresin, Sochaczew rayonunda yerləşən Panattoni firmasının logistika anbarının elektrik kabellərinin çəkilməsi Layihə əsasında dəmir tavaların kəsilməsi və quraşdırılması Lampa və digər avadanlıqların quraşdırılması və yoxlanması 15 metrə qədər hündürlüyə qalxan özüyeriyən səbətlərin və ayaqaltıların idarəedilməsi Boru və digər materiyalların ölçü üzrə kəsimi və quraşdırılması Havalandırma sistemlərinin elektrik xəttlərinin quraşdırılması Səbətlərin
Kebab King, Krakow şəhəri Szefska 17 ünvanında yerləşən restoranın Krakov şəhərinin mərkəzində yerləşən 24 saat fəaliyyət göstərən restoranın gündüz və gecə növbələri olmaqla kassa əməliyyatlarının yerinə yetirilməsi Kassa tərtib düzəninə nəzarət və gündəlik satışın hesabatının təşkili Həftəlik və aylıq məhsulların sifarişi və stoklara nəzarət Satışın ilk ayda 5% digər aylarda 9-10 faizə qədər artımının təşkili Davamlı müştərilərin sayının artımına nail olmaq
TRT ADA Universiteti Təlimçi: Cengiz Çifci
Logo və Exhibition hall üçün 3D maket və layihə