
Gəncə
Bank sahəsiİqtisad məzunu olaraq iqtisadiyyat sahəsində əldə etdiyim dərin biliklər və analitik bacarıqlara malikəm. Universitet təhsilim boyunca mikro və makroiqtisadiyyatdan tutmuş maliyyə, iqtisadi siyasət və gömrük işinə qədər geniş mövzuları öyrənmişəm. Eyni zamanda, müxtəlif tədqiqat layihələrində iştirak etmiş, məqalələr hazırlamışam
Məqsədim, iqtisadi məsələləri dərindən analiz edib, müasir həll yolları təklif etməklə dəyər yaratmaqdır. Analitik düşünmə bacarıqlarım, maliyyə analizləri aparmaq və iqtisadi məlumatları təhlil etmək sahəsində güclü təcrübəmi ortaya qoyur.
İqtisadi sahədə yeni perspektivlər və inkişaf imkanları axtarıram. Hədəfim, biliklərimi daha da dərinləşdirmək və kariyeramı strateji qərarlar qəbul etmək sahəsində inkişaf etdirməkdir.
Təhsil aldığım müddətdə ixtisasımla bağlı nəzəri biliklərlə yanaşı bir sıra araşdırmalar etmişəm. Çap olunmuş 3 məqalə müəllifiyəm. Bir məqaləm Avropa Birliyinin Sərhədlərarası Tədqiqatlar Birliyi PEN-CP proqramına qəbul edilmiş və yayımlanmışdır.
İqtisad elmi bağlı ilə videoları ingilis dilindən azərbaycan dilinə tərcümə etmək, altyazılar hazırlmaq.
Dövlət Gömrük Komitəsinin Xidmət Keyfiyyətinə Nəzarət İdarəsində ixtisasımla bağlı təcrübə keçmişəm. Təcrübədə olduğum müddətdə DGK strukturundakı idarələrə təşkil edilən monitorinqlərdə, nəzarət sistemləri üçün layihələrin hazırlanmasında, mövcud məsələlər üzrə xidməti qeydlərin yazılmasında, vətəndaşlar tərəfindən daxil olan şikayətlərin araşdırılmasında, sorğuların nəticələrinin analiz olunmasında iştirsk etmişəm.
Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil aldığım müddətdə Çin Xalq Respublikasının təşkil etdiyi mübadilə proqramında iştirak etmiş və yüksək qiymətlərlə bitirmişəm.
Daim öz üzərimdə işləməyi sevdiyim üçün Mərkəzi Bankın təşkil etdiyi kurslarda iştirak edib, müvəffəqiyyətlə bitirib sertifikatla təltif olunmuşam.
Daim öz üzərimdə işləməyi sevdiyim üçün Mərkəzi Bankın təşkil etdiyi kurslarda iştirak edib, müvəffəqiyyətlə bitirib sertifikatla təltif olunmuşam.
Bakalavr təhsilimdə yüksək göstəricilər əldə etdiyim üçün Dövlət Gömrük Komitəsinin Sədri tərəfindən təltif olunmuşam