
Özünü daim inkişaf etdirməyi sevən və kreativ proqramçıyam. Yeni texnologiyalara sürətli şəkildə adaptasiya olub onlarla əla şəkildə işləməyi bacarıram.Analitik düşünmə və problem həll eləmə bacarığlarımla mürəkkəb problemləri həll eləməyi sevirəm. Təcrübələrim sayəsində problem həll etmə və komanda ilə işləmə bacarığımı gücləndirmişəm, bununla da yeni işləri uğurla qarşılaya bilərəm.
Universitetdə təhsil aldığım müddətdə Code Academy və DevEducation kurslarını uğurla bitirmişəm.
3 ay müddətində Cubics Technology şirkətində Frontend Developer vəzifəsində təcrübəçi olaraq fəaliyyət göstərmişəm. İşim quiz, sosial media, kino, market idarəetmə sistemi, çat, çatdırılma xidməti kimi proyektləri yığmaqdan ibarət idi. Hər gün fərqli proyektlər üzərində çalışmaq bu sahədə böyük təcrübə yığmağıma dəstək oldu.
Software Development kursunu uğurla bitirmişəm.
Backend Development kursunu 95 bal ilə uğurla bitirmişəm.