
Mən Bakı Dövlət Universitetində “Regionşünaslıq (Amerika)” ixtisası üzrə təhsilimi 2019-cu ildən davam etdirirəm. Təhsil aldığım müddətdə universitet konfranslarında iştirak etmişəm və Amerikada iqtisadiyyat və beynəlxalq münasibətlər mövzularında kurs işləri yazmışam.
Front-End üzrə sertifikatım var. HTML, CSS və JavaScript texnologiyalarını dərindən mənimsəmişəm, həmçinin proqramlaşdırma dillərini öyrənmişəm. Müasir, adaptiv və funksional istifadəçi interfeyslərinin hazırlanması üzrə bacarıqlara malikəm. Bu biliklər mənə rəqəmsal mühitdə innovativ və effektiv həllər təklif etməyə imkan verir.
Mən Tech Academy-nin UI/UX dizayn kursunun məzunuyam və müvafiq sertifikata sahibəm. Figma, Photoshop və Illustrator kimi alətlərdə sərbəst işləmə bacarığım var. İstifadəçi yönümlü və estetik baxımdan cəlbedici interfeyslərin yaradılmasında təcrübəm var və müasir vizual dizayn prinsiplərinə uyğun həllər hazırlayıram.
Logistika şirkətində təcrübə müddətində köməkçi vəzifəsində çalışmışam. Vəzifələrimə müxtəlif şirkət və zavodlara məktubların göndərilməsi, həmçinin məlumatların axtarışı və analizi daxildir. Bu təcrübə mənə işgüzar yazışma, sənədlərlə işləmə və operativ məsələlərin həlli bacarıqlarını inkişaf etdirməyə imkan verdi.